Xaçmazda alma bağlarındakı ağaclar kütləvi şəkildə çıxarılır

Xaçmazda alma bağlarındakı ağaclar kütləvi şəkildə çıxarılır
# 27 oktyabr 2016 12:24 (UTC +04:00)

Xaçmaz rayonunda meyvə bağlarından alma ağacları kütləvi şəkildə çıxarılır.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Sərkərli kəndində alma bağlarında ağacların yarısı çıxarılıb. Kənd sakini İlham Məmmədovun sözlərinə görə, artıq 3 ildir, bağına çəkdiyi xərci ödəyə bilmir. Sahibkar bunu bir çox səbəblə izah edir. Onlardan biri satış problemi, digər isə yay aylarında bağların suvarılmasındakı çətinliklərdir.

Sahibkarlar son nəticədə məhsulun keyfiyyətsiz olduğundan çox ucuz qiymətə emal müəssisələrinə təhvil verdiklərini deyirlər. Onların sözlərinə görə, 2.5-3.5 ton meyvədən 100-150 manat gəlir əldə edirlər. Yəni hər kiloqram almadan 10-15 qəpik qazanc qalır. Əlacsız qalan təsərrüfatçılar çıxış yolunu meyvə ağaclarını kəsərək odun kimi satmaqda və yeni meyvə bağları salmaqda görürlər.

Mütəxəssislər də alma bağlarının çıxarılmasının səbəbini meyvənin iqtisadi səmərəsizliyində görürlər. Kənd Təsərrüfatı üzrə mütəxəssis Mədət Qurbanov deyir ki, son dövrlər alma ağaclarının digər meyvə ilə əvəzlənməsi müşahidə olunur. Bunlar əsasən gilas və şaftalı ağaclarıdır. Bəzi fermerlər isə almanın sortunu dəyişir. “Starkrimson”, “Semerenko” sortlarə “Cırhacı”, “Qızıləhmədi”, “Qolden Delişes” kimi növlərlə əvəzlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR