DİN təcridxanada baş verən tüstülənmə ilə bağlı məlumat yayıb

DİN təcridxanada baş verən tüstülənmə ilə bağlı məlumat yayıb
# 05 yanvar 2017 08:58 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Yetkinlik Yaşına Çatmayanlar üçün Müvəqqəti Təcridetmə Mərkəzinin inzibati binasında baş verən tüstülənmə ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 4-də saat 18 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlar üçün Müvəqqəti Təcridetmə Mərkəzinin inzibati binasının zirzəmisində qısaqapanmadan tüstülənmə baş verib. Tüstülənmənin qarşısı alınıb, zərərçəkən olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR