İndoneziya sahillərində 6,0 bal gücündə zəlzələ olub
APA-nın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yeraltı təkanların episentri Ternate adasından 88 km şimal-qərbdə, ocağı 60 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.