ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 27-yə çatıb

ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 27-yə çatıb
# 11 oktyabr 2016 04:11 (UTC +04:00)

Bakı-APA. ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 27-yə çatıb.

APA-nın məlumatına görə, bu barədə NBC telekanalı xəbər verib.

Məlumata əsasən, qasırğanın yaratdığı sel və daşqınlar nəticəsində Şimali Karolina ştatında 11 nəfər ölüb. Digər ölüm halları Cənubi Karolina, Florida və Corciya ştatlarında qeydə alınıb.

Təbii fəlakət 1 milyondan çox insanı elektrik enerjisiz qoyub. Ciddi fəsadlar törədən qasırğa zəifləyərək ABŞ-ın cənub-qərb ştatları ərazilərindən uzaqlaşıb. “Metyu” Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR