Azərbaycan prezidenti Belarus səfirinin etimadnaməsini qəbul edib - VİDEO

Azərbaycan prezidenti Belarus səfirinin etimadnaməsini qəbul edib - <span style="color: red;">VİDEO
# 04 sentyabr 2015 14:29 (UTC +04:00)

APA-nın xəbərinə görə, diplomat Gennadi Axramoviç Azərbaycana gəldiyi ilk gündən xalqımız tərəfindən ona göstərilən qonaqpərvərliyin və səmimi münasibətin onda xoş təəssürat yaratdığını deyib.

Prezident İlham Əliyev iki ölkənin dövlət başçıları və ayrı-ayrı qurumlarının rəhbərləri arasında səmimi münasibətlərin mövcud olduğunu vurğulayaraq ikitərəfli münasibətlərimizin dostluq və qarşılıqlı yardım prinsipləri əsasında qurulmasından məmnunluğunu ifadə edib.

Gennadi Axramoviç Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin fəal şəkildə inkişaf etdirilməsi və əməkdaşlığımızın bütün sahələrdə daha da genişləndirilməsi ilə bağlı ölkələrimiz arasında əsaslı bazanın yaradıldığını vurğulayıb. Səfir ikitərəfli münasibətlərimizin bütün sahələrdə inkişaf etdirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR