Gürcüstan gələn il Azərbaycandan alacağı elektrik enerjisinin həcmini açıqlayıb

Gürcüstan gələn il Azərbaycandan alacağı elektrik enerjisinin həcmini açıqlayıb
# 05 dekabr 2016 08:35 (UTC +04:00)

Gürcüstanın Energetika Nazirliyi 2017-ci il üçün ölkənin elektrik enerjisi balansını təsdiqləyib.

"APA-Economics" "Interfax" agentliyinə istinadən xəbər verir ki, qonşu ölkə bu illə müqayisədə gələn il elektrik enerjisinin idxalını 93,1%, ixracını isə 30,8% artırmaq niyyətindədir.

Gürcüstan gələn il Azərbaycandan 823,8 mln. kVt/saat həcmində elektrik enerjisi idxal etmək niyyətindədir.

Qonşu ölkə növbəti il 790,2 mln. kVt/saat həcmində elektrik enerjisi ixrac etmək niyyətindədir ki, bunun da 110,4 mln. kVt/saatı Rusiya, 679,8 mln. kVt/saatı Türkiyənin payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR