Ümumrusiya Azərbaycan Konqresində yeni təyinat olub

 Ümumrusiya Azərbaycan Konqresində yeni təyinat olub
# 07 sentyabr 2015 16:11 (UTC +04:00)

Nümayəndəlikdən APA-ya verilən məlumata görə, bu vəzifəyə diaspor fəalı Şamil Tağıyev təyin olunub.

İctimai fəaliyyətini ÜAK-ın gənclər təşkilatının tərkibində başlayan Ş.Tağıyev, daha sonra Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf fondunun təsisçisi kimi ictimai işini davam etdirib. Fond Rəhbəri Rusiyada fəaliyyət göstərən Rusiya Azərbaycan Gənclər Birliyi, “Şəhriyar” ədəbi bədii cəmiyyəti, “Azərbaycan Slavyan gənclər birliyi”nin Rusiya nümayəndəliyi,“Əhli-Beyt” islam cəmiyyəti, “AmorNews” informasiya partalı, “İnterAz” televizyası və digər Azərbycan diaspor təşkilatları ilə yanaşı, Rusiyada qeydə alınmış digər millətlərin diaspor təşkilatları ilə də yaxından əməkdaşlıq edib.

Azərbaycan mədəniyyətinin Rusiya məktəblərində təbliği, AMİİ-fondunun tərkibində bazar günü məktəblərinin təşkili və Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, Rus dili və başqa fənlərin tədrisi, “Müstəqillik Kuboku” futbol turnirinin təşkilatçısı kimi çıxış edən Şamil Tağıyev Azərbaycan mədəniyyətinin, tarixinin Rusiya Federasiyasında yayılmasında və tanınmasında daha onlarla lahiyə və görüşün təşəbbüskarı olub.

Qeyd edək ki, bu vəzifə bir ildən çoxdur ki, icrasız idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR