Tovuzda qadın qohumu tərəfindən döyülüb

Tovuzda qadın qohumu tərəfindən döyülüb
# 20 noyabr 2017 06:58 (UTC +04:00)

Tovuz sakini döyülüb.

APA-nın qərb bürosunun məlumatına görə, rayonun Dondar Quşçu kənd sakini, 1969-cu il təvəllüdlü Abdullayev Bəsti Fərhad qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Qadın qudası tərəfindən taxta parçası ilə döyüldüyünü bildirib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR