DİN Bakıda həkimin bıçaqlanması ilə bağlı məlumat yayıb

DİN Bakıda həkimin bıçaqlanması ilə bağlı məlumat yayıb
# 06 iyul 2017 10:36 (UTC +04:00)

Bakıda adam bıçaqlayan şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyulun 6-da saat 02 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki Təcili Tibbi Yardım Stansiyasının qarşısında Qazax rayon sakini Ayaz Hüseynov münaqişə zəminində orada həkim işləyən Bakı şəhər sakini Əflatun Yusifovun qarın nayihəsinə bıçaqla xəsarət yetirib.

Ə. Yusifov xəstəxanaya yerləşdirilib. A. Hüseynov Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR