Qazaxıstanda brakonyerliklə məşğul olan dörd azərbaycanlı tutulub

Qazaxıstanda brakonyerliklə məşğul olan dörd azərbaycanlı tutulub
# 07 noyabr 2017 07:14 (UTC +04:00)

Qazaxıstan sərhədçiləri brakonyerliklə məşğul olan şəxsləri saxlayıb.

APA-nın xəbərinə görə, Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidmətinin yaydığı məlumatda bildirilir ki, göyərtəsində brakonyerlər olan 3 gəmi saxlanılıb.

Gəmidəki 9 brakonyerdən dördünün azərbaycanlı olduğu müəyyənləşib. Saxlanılan şəxslərdən 179 nərə balığı götürülüb. Sağ balıqlar yenidən dənizə qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR