Türkiyədə qatar qəzasında ölənlərin sayı 24-ə çatıb - FOTOSESSİYA

Türkiyədə qatar qəzasında ölənlərin sayı 24-ə çatıb - <span style="color: red;">FOTOSESSİYA
# 09 iyul 2018 08:21 (UTC +04:00)

İyulun 8-də Türkiyədə baş vermiş qatar qəzasında ölənlərin sayı 24-ə çatıb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Ədirnə vilayətinin Uzunkörpü rayonundan İstanbulun Halkalı stansiyasına hərəkət edən sərnişin qatarı yerli vaxtla saat 17:00 radələrində Tekirdağ vilayətinin Çorlu və Muratlı rayonları arasında relsdən çıxaraq aşıb. Hadisə zamanı qatarda 362 sərnişin və 6 ekipaj üzvü olub.

İlkin məlumata əsasən 5 vaqonun aşması nəticəsində 10 nəfərin öldüyü açıqlanmışdı. Lakin iyulun 8-də səhər saatlarında səhiyyə naziri Rəcəb Akdağ ölənlərin sayının 24-ə yüksəldiyini açıqlayıb. 318 yaralı xəstəxanalara aparılıb, onlardan 194-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Hadisənin səbəbi kimi leysan yağışlarının relslərin altındakı torpaq qatını yuması göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR