“Azərişıq" abonentləri ilə bağlı məlumat mübadiləsini “online” rejimdə icra edəcək

“Azərişıq" abonentləri ilə bağlı məlumat mübadiləsini “online” rejimdə icra edəcək
# 10 sentyabr 2015 10:11 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Azərişıq" ASC bütün abonentlər üçün 15 rəqəmli kod sisteminin tətbiqi işlərini davam etdirir.

“Azərişıq"dan “APA-Economics”ə verilən xəbərə görə, artıq ötən qısa müddət ərzində yeni kodlar Bakının Mehdiabad, Bağlar, Fatmayi, Novxanı, Xırdalan və Qobustan qəsəbələrində istifadə olunur. Həmçinin Şimal Regionu üzrə (Sumqayıt, Xaçmaz, Quba, Qusar, Xızı, Şabran, Siyəzən) və Şimal-Qərb Regionu üzrə (Qəbələ, İsmayıllı, Oğuz, Şəki, Balakən, Zaqatala, Qax, Şamaxı) tamamilə 15 rəqəmli kod sistemi fəaliyyətdədir və Abonent İnformasiya Sistemi “Azərişıq” ASC-nin bütün elektrik şəbəkələrini əhatə edəcək.

Vahid 15 rəqəmli kodun tətbiqi "ORACLE" verilənlər bazasının üzərində qurulur.

Bu sistemin tətbiqi Abonent İnformasiya Sistemini vahid bazada birləşdirəcək və məlumat mübadiləsinin “online” rejimdə icra olunmasına imkan yaradacaq. İnformasiya sisteminin vahidliyi baş verə biləcək neqativ halların qarşısının alınması ilə yanaşı, informasiyanın dəqiqliyini də təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR