Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsinin razılaşdırılması prosesi başa çatıb

Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsinin razılaşdırılması prosesi başa çatıb
# 27 noyabr 2017 07:44 (UTC +04:00)

"Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi"nin razılaşdırılması prosesi başa çatıb.

"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, müqavilənin nümunə forması AİF-in İdarə Heyəti tərəfindən qəbul edilib.

"Azərbaycan prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası"na əsasən güzəştli mənzillərin ipoteka krediti hesabına satılması nəzərdə tutulub. Güzəştli mənzillərin alqı-satqı müqaviləsinin nümunəvi formasının Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə razılaşdırmaqla, "Azəbaycan İpoteka Fondu" ASC tərəfindən təsdiq edilməsi qaydada müəyyən edilib. Yuxarıda qeyd olunanlarla əlaqədar, "Güzəştli mənzilin alqı-satqı və ipoteka müqaviləsi"nin razılaşdırılması prosesi başa çatıb və müqavilənin nümunə forması "Azəbaycan İpoteka Fondu" ASC-nin İdarə Heyəti tərəfindən qəbul edilib. Bu müqavilə vasitəsilə MİDA-nın sərəncamında olan və mülkiyyət hüquqları qabaqcadan qeydiyyata alınan mənzillərin müvafiq qaydada satışa çıxarılmasından sonra vətəndaşlar tərəfindən rəsmiləşdirilməsi imkanı yaradılıb", - deyə məlumatda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR