BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını pisləyib

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını pisləyib
# 13 fevral 2017 23:37 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurası Şimali Koreyanın ballistik raket buraxmasını pisləyib.

APA-nın məlumatına görə, bu barədə BMT TŞ-nın bəyanatında bildirilir.

Qeyd olunub ki, Şimali Koreyanın yürütdüyü siyasət beynəlxalq təhlükəsizliyə təhdid yaradır.

“Rəsmi Pxenyan yeni raket sınağı keçirməklə BMT Təhlükəsizlik Şurasının 6 qətnaməsini pozub. BMT Təhlükəsizlik Şurası raketlərin buraxılmasından sonra Koreya yarımadasındakı vəziyyəti izləyərək zəruri addımlar atacaq”, sənəddə vurğulanıb.

BMT TŞ 2016-cı il, martın əvvəlində KXDR-ə qarşı yeni sanksiyalar paketini yekdilliklə qəbul edib. Buna baxmayaraq Şimali Koreya nüvə sınaqları və ballistik raketlərin buraxılışını davam etdirir.


Xatırladaq ki, fevralın 12-də Şimali Koreya Yapon dənizinə doğru ballistik raket buraxıb. Phönan-Pukto əyalətindəki kosmodromdan buraxılan raket 500 km uçaraq, Yapon dənizinə düşüb. Sınaqda Şimali Koreyanın rəhbəri Kim Çen In iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR