“Xəzər Lənkəran”ın sabiq futbolçusunun təyyarə qəzasında öldüyü ehtimal edilir

“Xəzər Lənkəran”ın sabiq futbolçusunun təyyarə qəzasında öldüyü ehtimal edilir
# 29 noyabr 2016 08:39 (UTC +04:00)

Dünya futbolunda dəhşətli hadisə baş verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Braziliya klubu “Şapekoense” klubunun təyyarəsi qəzaya uğrayıb.

Hadisə A seriyası təmsilçisinin Sudamerikana Kubokunun final qarşılaşması üçün Kolumbiyaya səfəri zamanı yaşanıb. Komandanı aparan hava gəmisi Medellin Beynəlxalq Hava Limanına eniş edərkən qəzaya uğrayıb. Komanda sabah Kolumbiya klubu “Atletiko Nasional”la finalın ilk görüşündə üz-üzə gəlməli idi.

Adi vətəndaşların da yer aldığı təyyarədə neçə nəfərin olduğu barədə hələlik bir məlumat verilməyib. Ancaq “Şapekoense”nin əksər futbolçu və məşqçi heyətinin həmin təyyarədə olduğu bildirilib.

“Xəzər Lənkəran”ın sabiq futbolçusu Tieqo de Xesus da hazırda “Şapekoense” klubunda çıxış edir.

“Şapekoense” klubu aşağıdakı futbolçulardan ibarətdi: Danilo Padilya, Cekson Follman, Nivaldo, Tieqo de Xesus, Dener, Marselo, Neto, Rafael Lima, Filipe Xose Maçado Naşimento, Klaudio Vink, Karamelo, Demerson, İqor, Skalon, Miçel Kaxinya, Kleber Santana, Gil, Ximenes. Jozimar, Hioran, Silvinyo, Sergio Manoel, Mateus Bitenkurt, Tiaqo, Moyses, Odair Souza, Rafael Bastos, Diquinyo, Aylton Sezar da Silva, Alan Ruşkel, Martin Alaniz, Lukas Mineyro, Andrey, Lima, Bruno Rangel, Lukas, Kempes Everton, Ananias, Lorensi, Ernan Martinuççio, Perotti, Uesli Nata

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR