ABŞ-da 141 etirazçı saxlanılıb

ABŞ-da 141 etirazçı saxlanılıb
# 28 oktyabr 2016 11:57 (UTC +04:00)

ABŞ-ın Şimali Dakota ştatında etiraz aksiyası keçirən vətəndaşların düşərgəsinin dağıdılması zamanı 141 nəfər saxlanılıb.

APA-nın məlumatına görə, bu barədə “Associated Press” polis əməkdaşlarına istinadən xəbər yayıb.

Bildirilir ki, əməliyyat hərbi maşın, xüsusi texnika və helikopterlərin iştirakı ilə keçirilib. Polis bibər qazından və xüsusi güllələrdən istifadə edib.

Yerli sakinlər və ekoloqlar artıq bir aydan çoxdur böyük təhlükə hesab etdikləri neft borusunun tikintisinə etiraz edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR