Qubada Bakıxanov və Kopernikin barelyeflərinin açılışı olub

Qubada Bakıxanov və Kopernikin barelyeflərinin açılışı olub
# 26 oktyabr 2017 09:52 (UTC +04:00)

Bu gün Qubada Azərbaycan alimi və tarixçisi Abbasqulu ağa Bakıxanov və polyak riyaziyyatçısı, astronomu Nikolay Kopernikin barelyeflərinin açılış mərasimi olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 2 saylı orta məktəbdə keçirilən tədbirdə Quba rayon icra hakimiyyətinin rəsmiləri ilə yanaşı Azərbaycanda səfərdə olan Polşanın Lyublin şəhərinin nümayəndə heyətinin üzvləri iştirak ediblər.

Qeyd edək ki, bu ilin iyun ayında Polşanın Beljıtse şəhərində Azərbaycan alimi və tarixçisi Abbasqulu ağa Bakıxanov və polyak riyaziyyatçısı, astronomu Nikolay Kopernikin şərəfinə birgə xatirə lövhəsinin açılışı olub.

Polşa nümayəndə heyəti 5 günlük səfər çərçivəsində Quba Soyqırımı Memorial Kompleksi, Heydər Əliyev Mərkəzi, Qədim Quba Xalçaçılıq müəssisəsi, “Dövlət bayrağı” abidə kompleksi, Qırmızı Qəsəbə, habelə turizm obyektləri, muzeylər, parklar, müasir infrastruktur nümunələri və istehsal müəssisələri ilə tanış olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR