Kabildə silahlılar deputatın evinə basqın edərək iki nəvəsini qətlə yetiriblər

Kabildə silahlılar deputatın evinə basqın edərək iki nəvəsini qətlə yetiriblər
# 21 dekabr 2016 19:06 (UTC +04:00)

Kabildə naməlum silahlılar tərəfindən Əfqanıstan parlamentinin üzvü Mir Vəlinin evinə silahlı basqın edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində deputatın iki nəvəsi və iki mühafizəçisi öldürülüb.

Qelmend əyalətindən deputat seçilən Mir Vəlinin özü zərər çəkməyib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR