Həyat yoldaşını öldürməkdə təqsirləndirilən tibb bacısının məhkəmə istintaqı yekunlaşıb

Həyat yoldaşını öldürməkdə təqsirləndirilən tibb bacısının məhkəmə istintaqı yekunlaşıb
# 04 noyabr 2016 13:53 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə məhkəmə istintaqının başa çatdığı elan edilib.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses noyabrın 8-də davam etdiriləcək.

Qeyd edək ki, Kamran Mahmudov ötən il sentyabrın 26-da qətlə yetirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin S. Məmmədov və L. Mahmudovanın birgə törətdiyi müəyyənləşib, hər iki şəxs ötən il oktyabrın 3-də tutularaq istintaqa cəlb olunub. Məlum olub ki, S. Məmmədov K. Mahmudovu odlu silahla qətlə yetirib, meyitini L. Mahmudova ilə birlikdə bıçaqla hissələrə bölərək, özünə məxsus "BMW" markalı avtomobillə İsmayıllı rayonuna aparıb, orada qardaşı Əli Məmmədovun evinin həyətində basdırıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

L. Mahmudova Bakıdakı xəstəxanalardan birində tibb bacısı işləyib, K. Mahmudovun isə bizneslə məşğul olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR