İmişlidə yolu keçən piyadanı maşın vuraraq öldürüb

İmişlidə yolu keçən piyadanı maşın vuraraq öldürüb
# 20 fevral 2019 22:55 (UTC +04:00)

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb. “Mercedes” markalı avtomobil yolu keçmək istəyən, 1961-ci il təvəllüdlü Sarıyev Müsaməddin Hüseyn oğlunu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR