Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub, ölən və xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB
# 18 iyul 2018 10:47 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakı-Quba yolunda baş verən yol qəzası barədə məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şabran rayonunun Günəşli kəndində ”Nissan” markalı minik avtomobili və "Hyundai" markalı sərnişin avtobusu toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü Bayramov Məmmədəli Əkbər oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

***

11.27

Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın İsnovqışlaq kəndi ərazisində qeydə alınıb.

“Nissan X trail” markalı minik maşını ilə “Hyundai” markalı sərnişin avtobusunun toqquşması nəticəsində minik maşının sürücüsü hadisə yerində ölüb.

İlkin məlumata görə, “Nissan” markalı avtomobil ötmə əməliyyatı zamanı avtobusa çırpılıb.

Avtobusla minik maşının toqquşması nəticəsində xəsarət alanlardan 6 nəfər Quba Mərkəzi Rayon Xəstəxanasına, 2 nəfər isə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR