Vətəndaşları BP-yə işə düzəltmək adi ilə dələduzluq edən şəxsin məhkəməsi başlayıb

Vətəndaşları BP-yə işə düzəltmək adi ilə dələduzluq edən şəxsin məhkəməsi başlayıb
# 13 aprel 2018 12:47 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Seymur Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən S. Əhmədov özünü təqsirli bilib.

Prosesdə zərərçəkmiş şəxslər ifadə verib.

Proses aprelin 19-da davam etdiriləcək.

İttihama görə, təqsirləndirilən şəxs BP şirkətinə işə düzəltmək adı ilə 6 nəfər zərərçəkmiş şəxsə ümumilikdə 20 min manata yaxın ziyan vurub.

Həbs edilən S. Əhmədov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR