Bakı-Qazax yolunda iki avtomobil toqquşub, ana və qızı xəsarət alıb

Bakı-Qazax yolunda iki avtomobil toqquşub, ana və qızı xəsarət alıb
# 13 mart 2017 12:53 (UTC +04:00)

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Tovuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Gəncə şəhər sakini, 1955-ci il təvəllüdlü Kifayət Məmmədova və onun qızı 1992-ci il təvəllüdlü Aytən Məmmədova müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR