SOCAR TANAP-ın maliyyələşdirilməsi üçün məsləhətçi seçir

SOCAR TANAP-ın maliyyələşdirilməsi üçün məsləhətçi seçir
# 02 iyun 2015 09:56 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın Sərmayələr İdarəsinin direktoru Vaqif Əliyev bildirib.

V. Əliyevin sözlərinə görə, şirkətin seçimindən sonra mövcud olan və ya mümkün olan maliyyə qaynaqlarının araşdırılması prosesi baş tutacaq. “Məsləhətçinin cəlb olunması böyük bir prosesdir və uzun vaxt apara bilər. Bu, vaxt və ciddi əmək tələb edən işdir”.

O bildirib ki, TANAP-a cəlb olunacaq vəsaitin həcmi Azərbaycan hökuməti, SOCAR və layihənin tərəfdaşları ilə aparılacaq birgə müzakirələrdən sonra məlum olacaq.

Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.

1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.

TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.

TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR