Azərbaycanın ən iri alüminium istehsalçısı Rusiya bazarına çıxır

Azərbaycanın ən iri alüminium istehsalçısı Rusiya bazarına çıxır
# 11 sentyabr 2015 07:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanın ən iri alüminium istehsalçısı olan “Det.Al Auminium” MMC Rusiyada keçiriləcək “Metall-Ekspo 2015” 21-ci beynəlxalq sənaye sərgisində iştirak edəcək.

APA-Economics” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, şirkət 10-13 noyabrda Rusiyadakı distributor firması olan “Alfa-Metall” ilə birlikdə öz məhsullarını nümayiş etdirəcək.

Qeyd edək ki, Gəncə şəhərində yerləşən “Det.Al Alüminium” kompleksi Azərbaycanda alüminiumun və bu məhsulun yarımfabrikatlarının əsas istehsalçılarından sayılır. Kompleksin ümumi ərazisi 81,0 hektar, ümumi tikinti altı sahə isə 102 000 kvaratmetr ərazini əhatə edir. Kompleksin tərkibinə 4 zavod (Elektroliz Zavodu, Anod Prosesləri Zavodu, Metal Tökmə və Fasiləsiz Yayma Zavodu , Təzyiqlə Emal və Boyama Zavodu, ) və 2 köməkçi sahə (110 kvt-luq və Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası), çoxlu sayda sex, istehsalat və sosial obyektlər daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR