Hindistan “Indian Ocean” qrupu Azərbaycanda konsert verəcək

Hindistan “Indian Ocean” qrupu Azərbaycanda konsert verəcək
# 05 sentyabr 2017 09:40 (UTC +04:00)

Hindistan musiqi qrupu “Indian Ocean” Azərbaycanda konsert proqramları ilə çıxış edəcək.

Bu ölkənin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, qrup sentyabrın 10-14-də Azərbaycanda olacaq. Onlar 11 sentyabr saat 19:00-da Bakı şəhərində Dənizkənarı Bulvarda, 13 sentyabr, saat 19:00-da isə Sumqayıt Dənizkənarı Bulvarında canlı musiqi proqramları ilə çıxış edəcəklər.

Konsertlərə giriş sərbəst olacaq.

Səfirlikdən bildirilib ki, “Indian Ocean” musiqi qrupunun səfəri Hindistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş tədbirlərin tərkib hissəsini təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR