Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatır

Rezidenturaya qəbul üçün ixtisas seçimi başa çatır
# 13 iyul 2017 16:01 (UTC +04:00)

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 14‑dək davam edəcək. Dövlət İmtahan Mərkəzindən (DİM) APA-ya verilən məlumata görə, müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının 3-cü nömrəsində dərc olunmuş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən seçib təsdiq etməlidirlər.

13 iyul saat 17:45-ə olan məlumata əsasən, ixtisas seçimi etmək hüququ olan 510 nəfərdən 331 nəfəri seçim edərək ərizəsini təsdiq edib.

Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR