Borca görə atasını öldürüb, anasını yaralayan şəxsə hökm oxunub

Borca görə atasını öldürüb, anasını yaralayan şəxsə hökm oxunub
# 06 sentyabr 2017 10:21 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Emin Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Sadıqov 18 il müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, hadisə bu ilin martında Xətai rayonun Əbilov küçəsi ev 18/12 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1987-ci il təvəllüdlü Emin Sadiq oğlu Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Saleh oğlu Sadıqovu bıçaqlayaraq qətlə yetirib.

E. Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Y. Sadıqova xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, E. Sadıqov hadisədən 6 ay əvvəl həbsdən çıxıb. Onun külli miqdarda borcu olduğu, borcu ödəmək üçün yaşadıqları evi satmaq istədiyi, atası ilə mübahisənin də bu səbəbdən baş verdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR