Gürcüstan ombudsmanı azərbaycanlı icra başçısını gender bərabərliyini təbliğ etməyə çağırıb

Gürcüstan ombudsmanı azərbaycanlı icra başçısını gender bərabərliyini təbliğ etməyə çağırıb
# 15 noyabr 2017 17:47 (UTC +04:00)

Gürcüstan ombudsmanı Uça Nanuaşvili Marneuli rayonunun icra başçısı Temur Abazovu gender bərabərliyini təbliğ etməyə çağırıb.

APA-nın yerli bürosu xəbər verir ki, noyabrın 13-də T.Abazovun Qaçağan kəndində yerli sakinlərlə keçirdiyi görüşdə yalnız kişilər iştirak edib. Görüş iştirakçılarının sözlərinə görə, qadınların görüşə gəlməməyinin səbəbləri onların kəndin mərkəzinə gəlməyə icazələrinin olmaması və xörək hazırlamasıdır. Məlumatlara əsasən, T. Abazov da yerli sakinlərlə razılaşıb və qadınların xörək hazırlamalı olduğunu bildirib.

Ombudsman aparatının məlumatında deyilir ki, ölkədə gender bərabərliyinin təmin olunması ilə bağlı bir sıra problemlər qalmaqdadır.

“Qadınların ölkənin sosial və siyasi həyatında rolu vacibdir. İctimai həyatda qadınların diskriminasiyası və kişilərin dominantlıq etməsi ilə bağlı stereotiplər təbliğ olunmamalıdır. Bu, gələcəkdə qadınların diskriminasiya olunacağı ilə bağlı narahatlıqlar yaradır. İcra başçısı rayonda qadın və kişilər üçün bərabər şərait yaratmalıdır”, məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR