Gün ərzində dənizdə batan 10 nəfər xilas olunub

Gün ərzində dənizdə batan 10 nəfər xilas olunub
# 10 iyul 2017 19:23 (UTC +04:00)

Gün ərzində dənizdə batan 10 nəfər xilas olunub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, iyulun 10-da günün müxtəlif saatlarında dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 10 nəfər nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR