Türkiyədə daha bir terror hadisəsi törədilib, 3 əsgər şəhid olub

Türkiyədə daha bir terror hadisəsi törədilib, 3 əsgər şəhid olub
# 15 avqust 2015 16:13 (UTC +04:00)

Bakı-APA. Türkiyədə PKK terrorçuları tərəfindən daha bir terror hadisəsi törədilib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, terrorçuların Bingöl bölgəsində hərbi maşını partlatmaları nəticəsində 3 əsgər şəhid olub, 6 nəfər yaralanıb.

Hadisə terrorçuların Karlıova rayonunda yola öncədən yerləşdirdikləri uzaqdan idarə olunan partladıcının işə salınması nəticəsində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR