"AtaBank"ın mənfəəti 1,7 mln. manata yaxınlaşır

"AtaBank"ın mənfəəti 1,7 mln. manata yaxınlaşır
# 18 iyul 2017 09:30 (UTC +04:00)

"AtaBank" ASC-nin aktivlərinin həcmi 2017-ci ilin II rübündə 609,875 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,3% çoxdur.


"APA-Economics" bankın açıqladığı hesabata istinadən xəbər verir ki, hesabat dövründə kredit portfeli 29,80% artaraq 523,495 mln. manat olub.


"AtaBank"ın depozit portfeli hesabat dövrü ərzində 45,6% artaraq 291,183 mln. manata çatıb. Əhalinin banka yerləşdirdiyi əmanətlərin həcmi isə 14% artaraq 249,277 mln. manat olub.


Bankın öhdəlikləri 10,27% artaraq 458,143 mln. manat təşkil edib.


Bir il ərzində bankın nizamnamə kapitalı 2,4 dəfə artaraq 119 mln. 924,8 min manat olub. Bununla yanaşı, bankın məcmu kapitalı 2,2 dəfə artaraq 144 mln. 715,255 min manata çatıb.


Bank ilin ilk yarısını 1 mln. 692,32 min manatlıq mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR