TÜRKPA Baş katibi Qazaxıstan sәfiri ilә görüşüb

TÜRKPA Baş katibi Qazaxıstan sәfiri ilә görüşüb
# 31 yanvar 2018 13:18 (UTC +04:00)

TÜRKPA Baş katibi Altınbek Mamayusupov Qazaxıstanın Bakıdakı Səfirliyini ziyarət edib və səfir Beybit İsabayev ilə görüş keçirib.

TÜRKPA-dan APA-ya verilən xəbərə görə, görüş zamanı A. Mamayusupov təşkilatın qarşıdan gələn fəaliyyətləri barədə səfirə məlumat verib və tərəflər 2018-ci ildə TÜRKPA-nın 10-cu ildönümünün qeyd edilməsi ilə bağlı həyata keçiriləcək işlər üzrə fikir mübadiləsi aparıb.

Baş katib TÜRKPA-nın açıq dialoq, qlobal dostluq və sülhə əsaslanaraq Türk dövlətləri arasında parlamentlərarası əməkdaşlığın mühüm platforması kimi inkişaf etdiyini vurğulayıb.

B. İsabayev öz növbəsində Türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında TÜRKPA-nın səylərini yüksək qiymətləndirib və Qazaxıstanın Assambleyasının bütün təşəbbüs və öhdəliklərinə tam dəstək verəcəyini vurğulayıb.

Həmçinin tərəflər Qazaxıstan Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulinin Bakıya və TÜRKPA binasına səfəri məsələsini müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR