Bakıda 38 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlanıb

Bakıda 38 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlanıb
# 16 noyabr 2016 07:06 (UTC +04:00)

Bakıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini, 38 yaşlı Xatirə Faiq qızı Bilalova keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. O, huşsuz vəziyyətdə yol kənarında aşkar edilib. Əraziyə gələn polis əməkdaşları yaralını dərhal xəstəxanaya yerləşdiriblər.

X. Bilalovanın üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR