Hələbdə humanitar dəhliz atəşə tutulub, rusiyalı hərbçilər yaralanıb

Hələbdə humanitar dəhliz atəşə tutulub, rusiyalı hərbçilər yaralanıb
# 04 noyabr 2016 15:06 (UTC +04:00)

Suriyanın Hələb şəhərində humanitar dəhliz terrorçular tərəfindən atəşə tutulub.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, bu gün saat 14.45 radələrində Hələbdə silahlı qruplaşmaların üzvlərinin şəhəri tərk etmələri üçün açılan humanitar dəhliz minaatanlardan və "Cəhənnəm atəşi" adlandırılan reaktiv qurğudan atəşə tutulub.

Nəticədə iki rusiyalı hərbçi yüngül yaralanıb, onlar təhlükəsiz yerə təxliyə olunub. Nazirlikdən onların həyatına təhlükə olmadığı bildirilib.

Humanitar dəhlizdən həmçinin Rusiya, qərb və ərəb ölkələrindən olan 50-dək jurnalisti təxliyə olunub.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin saytı Suriyanın Hələb şəhərində dinc əhali və silahlı birləşmələrin təxliyə olunması üçün yaradılan humanitar dəhlizdən canlı yayım təşkil edir. Hazırda canlı yayım müvəqqəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR