Hindistanda qatarın relsdən çıxması nəticəsində 74 nəfər xəsarət alıb

Hindistanda qatarın relsdən çıxması nəticəsində 74 nəfər xəsarət alıb
# 23 avqust 2017 04:49 (UTC +04:00)

Hindistanın Uttar-Pradeş ştatında ekspress qatarın relsdən çıxması nəticəsində 74 nəfər xəsarət alıb, onlardan 4-nün vəziyyəti ağırdır. APA-nın “ANI” nəşrinə istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında “Kaifiyat Express” qatarı Auraya rayonunda yük maşını ilə toqquşub.

Nəticədə 8 vaqon relsdən çıxıb, onlardan biri isə aşıb.

Qəza nəticəsində ölənlər barədə hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR