Hüquq-mühafizə orqanlarının adından istifadə edərək dələduzluq edən şəxsə hökm oxunub

Hüquq-mühafizə orqanlarının adından istifadə edərək dələduzluq edən şəxsə hökm oxunub
# 25 iyul 2017 10:39 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elçin Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə E. Səfərovun vəkili Tarif Nəsirov çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsə yüngül cəza çıxarılmasını xahiş edib.

E. Səfərov son sözündə əməlindən peşman olduğunu deyib.

Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, E. Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, E. Səfərov zərərçəkmiş Gülmayə Məmmədovaya hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri ilə tanışlıq münasibəti olduğunu deyərək, ona dəyən külli miqdarda ziyanın qaytarılmasına kömək edəcəyini deyib. Bunun müqabilində o, G. Məmmədovadan 10 min manatdan çox pul alıb və amma vədinə əmək etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR