Yoldaşı: “Avqustun 24-də Habil Əliyevi xəstəxanadan evə buraxacaqlar”

Yoldaşı: “Avqustun 24-də Habil Əliyevi xəstəxanadan evə buraxacaqlar”
# 21 avqust 2015 08:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Həkimlərin dediyinə görə, səhhətində bu cür irəliləyiş davam edərsə, üzümüzə gələn həftənin birinci günü, yəni avqustun 24-də Habil Əliyevi xəstəxanadan evə buraxacaqlar”.

Bunu APA-ya açıqlamasında xalq artisti, kaman ustası Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva deyib. Onun sözlərinə görə, sənətkarın səhhətində ağırlaşma yoxdur: “Səhhətində irəliləyiş var, ciddi mənada problem yoxdur. Yəni stabildir, həkimlər əvvəlki günlərə baxanda irəliləyişin olduğunu deyirlər”.

Qeyd edək ki, xalq artisti Habil Əliyev avqustun 14-də Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR