Baş nazir: "Bakı-Tbilisi-Qars layihəsi növbəti ilin birinci rübündə istismara veriləcək"

Baş nazir: "Bakı-Tbilisi-Qars layihəsi növbəti ilin birinci rübündə istismara veriləcək"
# 20 dekabr 2016 14:02 (UTC +04:00)

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2017-ci ilin birinci rübündə istismara veriləcək. "APA-Economics" "TRT Haber" telekanalına istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım gürcüstanlı həmkarı Georgi Kvirikaşvili ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, layihə tamamlanmaq üzrədir.

Öz növbəsində G. Kvirikaşvili qeyd edib ki, Bakı-Tbilisi-Qars layihəsi Türkiyə, Gürcüstan və Azərbaycan arasında mövcud olan əməkdaşlığın vacib elementidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR