Yekaterinburqda ağır yol qəzasında 8 nəfər ölüb

Yekaterinburqda ağır yol qəzasında 8 nəfər ölüb
# 09 sentyabr 2017 21:25 (UTC +04:00)

Rusiyanın Yekaterinburq şəhərində yük maşının iki minik avtomobili ilə toqquşması nəticəsində 8 nəfər ölüb, iki nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində ağır xəsarətlər alan 8 şəxs hadisə yerində keçinib. İki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, yük maşını hərəkətdə olarkən təkərlərdən biri yerindən qopub. Nəticədə idarəetməni itirən yük maşını qonşu zolaqla hərəkətdə olan iki “UAZ” markalı avtomobilin üstünə aşıb.

“UAZ”larda yerli tikinti-montaj xidmətləri üzrə müəssisənin işçilərinin olduğu bildirilir. Avtomobillərdən birində 6, digərində isə 5 nəfər olub. Hadisə yerində 8 işçi ölüb, 2 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bir nəfərin heç bir xəsarət almadığı qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR