Türkiyədə baş verən yol qəzasında 16 nəfər xəsarət alıb

Türkiyədə baş verən yol qəzasında 16 nəfər xəsarət alıb
# 11 sentyabr 2017 19:48 (UTC +04:00)

Türkiyənin Manisa vilayətində ağır yol qəzası baş verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Saruhanlı rayonunda qeydə alınıb.

Kənd təsərrüfatı işçilərini daşıyan qoşqulu traktor yoldan çıxaraq su kanalına aşıb. Hadisə nəticəsində traktorun sürücüsü daxil olmaqla 16 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR