Çin idmançıları Qəbələdə keçirilən Dünya Kuboku yarışlarında medalların sayını 11-ə çatdırıblar

Çin idmançıları Qəbələdə keçirilən Dünya Kuboku yarışlarında medalların sayını 11-ə çatdırıblar
# 14 avqust 2015 11:56 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, avqustun 14-də kişilər arasında kiçik çaplı tüfəngdən 3 vəziyyətdə 50 metr məsafəyə atəş açma yarışları keçirilib.

Yarışın final mərhələsində Çindən 3, Rusiya, Avstriya, Fransa, Belarus və Hindistandan isə 5 idmançı iştirak edib. Çin idmançısı Ziçeng Hui 459.8 xalla rəqiblərini üstələyərək birinci yeri tutub. O, komandasına 6-ci qızıl medalı qazandıraraq Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Avstriya idmançısı Aleksandr Şimrl 457.9 xalla ikinci, Çin idmançısı Qinan Zhu 446.8 xalla üçüncü yeri tutub. Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Qeyd edək ki, hazırda Çin idmançıları 11 medalla Dünya Kuboku yarışlarında birinci yerdədir. Onlardan 6-ı qızıl, 3-ü gümüş və ikisi bürünc medaldır. Yeddi gündür ki, keçirilən atıcılıq yarışlarında indiyədək 24 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR