ABŞ-da silahlı insident baş verib: ölən və yaralananlar var

ABŞ-da silahlı insident baş verib: ölən və yaralananlar var
# 14 noyabr 2016 04:53 (UTC +04:00)

ABŞ-ın Ceksonvill şəhərində (Florida ştatı) silahlı insident baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ərzaq mağazasının qarşısında baş verən atışmada 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Ölənlərdən birinin körpə uşaq olduğu bildirilir. Hazırda polis insidentin səbəblərini müəyyənləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR