Azərbaycan kimya sənayesi məhsullarının ixracını 80% artırıb

Azərbaycan kimya sənayesi məhsullarının ixracını 80% artırıb
# 18 mart 2020 14:00 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 99 646,16 ton kimya sənayesi məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 80% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi kimya sənayesi məhsullarının dəyəri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10,3% artaraq 13 895,67 min ABŞ dollar təşkil edib.

Bundan əlavə, 2019-cu ildə Azərbaycan 29 935,94 min dollar dəyərində 38 044,84 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edib ki, bu da 2019-cu ilin yanvar-fevral üzrə göstəricisi ilə müqayisədə müvafiq olaraq 0,66% az və 13,1% çoxdur.

Xatırladaq ki, Azərbaycan ötən il 536 901,95 ton kimya sənayesi məhsulları ixrac edib ki, bu da 2018-ci il ilə müqayisədə 2 dəfə çoxdur. 2019-cu ildə ölkə 179 401,97 min dollar dəyərində 246 442,22 ton plastmas və ondan hazırlanan məmulatlar ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 51,3% və 54,3% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR