ABŞ Dağlıq Qarabağda keçiriləcək qondarma "seçkilər"in nəticələrini tanımayacaq

ABŞ Dağlıq Qarabağda keçiriləcək qondarma "seçkilər"in nəticələrini tanımayacaq
# 11 sentyabr 2015 00:58 (UTC +04:00)

APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi deyib.

“Münaqişənin tam nizamlanması kontekstində biz Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyən edilməsində olan rolunu qəbul edirik. Lakin ABŞ Dağlıq Qarabağı müstəqil suveren dövlət kimi tanımır və biz 13 sentyabr tarixli seçkilərin bölgənin hüquqi statusuna təsir edə biləcək amil kimi qəbul etmirik”, - deyə Kirbi bildirib.

"Biz həmçinin bildiririk ki, bu seçkilər heç bir halda Dağlıq Qarabağın son statusunu və ya Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həlli istiqamətində aparılan danışıqların nəticəsini əvvəlcədən müəyyən etmir", - deyə Kirbi qeyd edib.

Qeyd edək ki, separatçı Dağlıq Qarabağ rejimi sentyabrın 13-də "bələdiyyə seçkiləri" keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR