“Böyük Şor" yol qovşağının yaxınlığında yeni yağış-kanalizasiya xətti çəkilir

“Böyük Şor" yol qovşağının yaxınlığında yeni yağış-kanalizasiya xətti çəkilir
# 16 noyabr 2016 12:16 (UTC +04:00)

Heydər Əliyev prospektinin “Böyük Şor" yol qovşağından “Sabunçu" yol qovşağına doğru olan istiqamətində, yolun hərəkət hissəsinə yığılıb qalan səth sularının normal kənarlaşdırılmasını təmin etmək üçün yağış-kanalizasiya sisteminin qoşulduğu və yaxınlıqdakı nasos stansiyasına gedən xəttin bir hissəsi yenilənir.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yeni salınan yağış-kanalizasiya xəttinin uzunluğu 152 metr, burda istifadə olunana boruların diametri isə 400 mm-dir. Xəttin tikintisi üçün torpaq 3-4 metr dərinlikdə qazılaraq, borular qoyulur, hər 25-30 metrdən bir isə nəzarət quyuları qurulur. Nəzarət quyularının diametri 1,27 m-dir, dərinliyi isə 3,5 m-dir.

Qeyd edək ki, sözügedən ərazidə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sisteminin qoşulduğu xəttin bir hissəsi sıradan çıxıb. Nəticədə intensiv yağışlar zamanı səth suları yağış-kanalizasiya xəttindən geri, yolun hərəkət hissəsinə yığılırdı. Bu isə həm nəqliyyat vasitələrinin hərəkətinə mane olub, həm də yolun asfalt-beton örtüyünün yuyulmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR