Ağ Ev: İranın nüvə silahının istehsalına dair gizli proqramı var

Ağ Ev: İranın nüvə silahının istehsalına dair gizli proqramı var
# 01 may 2018 01:42 (UTC +04:00)

ABŞ İranı nüvə silahının istehsalı üzrə gizli proqrama malik olmaqda günahlandırıb.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin rəsmi "Twitter" səhifəsində bildirilir.

“İsrailin İranın nüvə proqramı ilə bağlı bəyanatına gəldikdə: bu faktlar ABŞ-ın uzun müddət bildikləri ilə üst-üstə düşür. İranın nüvə silahlarının istehsalına dair əsaslı və gizli proqramı var”, məlumatda deyilir.

Qeyd edək ki, ötən gün İsrailin baş naziri B.Netanyahu İranı nüvə silahlarının istehsalına dair arxivləri gizlətməkdə günahlandırıb. Bu bəyanatı Tehranda “cəfəng şou” adlandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR