“Müstəqilliyin ilk vaxtlarından Almaniya Azərbaycanla diplomatik əlaqələr qurub”.
APA-nın məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindskrab deyib. O bildirib ki, əlaqələrimizin 25 illiyi ilə bağlı Almaniya kansleri və xarici işlər naziri Azərbaycan prezidentinə məktub ünvanlayıblar. Məktublarda əlaqələrin yüksək səviyyədə olduğu göstərilib: "İqtisadi və mədəni sahələrdə gözəl əlaqələr var. Hökumətlər və parlamentlər arasında yaxşı əlaqələr qurulub. Ötən 25 ildə gələcək əlaqələr üçün gözəl baza yaratmışıq. İkitərəfli əməkdaşlıq çərçivəsində insanlar turizm və təhsil sahəsində bir-biri ilə münasibətlər qura bilib".