Tramp qasırğadan əziyyət çəkən Texas ştatına səfər edəcək

Tramp qasırğadan əziyyət çəkən Texas ştatına səfər edəcək
# 27 avqust 2017 22:58 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp “Harvi” qasırğasının fəsadlar törətdiyi Texas ştatına səfər edəcək.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

“Prezident avqustun 29-u, çərşənbə axşamı Texas ştatına səfər edəcək. Hazırda səfərlə bağlı müvafiq hazırlıq işləri aparılır”, deyə Ağ Evin mətbuat katibi Sara Sanders qeyd edib.

ABŞ-ın Texas ştatında “Harvi” tropik qasırğası nəticəsində 5 nəfər ölüb. Qasırğa ştatda ciddi fəsadlar törədib, bir sıra şəhər və digər yaşayış məntəqələri su altında qalıb. Qeyd edək ki, “Harvi” son 12 ildə ABŞ-da qeydə alınan ən güclü qasırğa olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR