Şəki sakini dərmandan zəhərlənib

Şəki sakini dərmandan zəhərlənib
# 19 iyul 2018 07:23 (UTC +04:00)

Şəki rayonunda 37 yaşlı qadın dərmandan zəhərlənib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, iyulun 18-də axşam saat 23:30 radələrində rayonun Qumux kənd sakini Aynurə Əyyub qızı İsgəndərova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, müayinə zamanı 37 yaşlı Aynurə İsgəndərovanın yaşadığı ünvanda hələ ki məlum olmayan səbəbdən bir neçə dərman həbi içdiyi məlum olub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən A. İsgəndərovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR